Burcler Maraqlı Məlumatlar

İllərə görə bürclər

Çin Təqvimi luni günəş təqvimidir, həm Ay, həm də Günəş dövrlərindən istifadə edir.  Yenə də Çin Astrologiyasında bütün il yalnız bir heyvan simvolundan asılı deyildir … İllərə görə bürclər fərqlənir. Aylar, saatlar, günlər digər təqvimlərə görə fərqli qiymətləndirilir.

İllərə görə bürclər aşağıdakı kimidir :

Meymun-1944,1956,1968,1980,1992,2004,2016

Həyat dolu, sosial, uyumlu, xəyal gücü qüvvətli, maraqlı və yaşam sevinci ilə dolu bir insandır. Qıraqdan baxanda açıq, nazik və dost canlı görünsədə realda olduqca inadkar və hesablıdır.kəskin bir zəkası və incə bir zarafat anlayışı var. Ən qarışıq vəziyyətlərdən rahatlıqla sıyrıla bilər.

Xoruz-1945,1957,1969,1981,1993,2005,2017

Sosial, çox yönlü, orjinal və ağıllıdır. Hər zaman maraq dairəsində olmaq istəyir və danışma qabiliyyəti sayəsində çox vaxt bunu bacarır. Bir tərəfdən zalım, sabit fikirli, gerçəkləri görəcək qədər qərəzli ola bilər. Çox çalışkandır amma vaxtı gələndə.

loading...

İt-1946,1958,1970,1982,1994,2006,2018

Sadiq, dürüst, adil və qərarlıdır. Həssas ruhunu və əsalətini soyuq və zarafatcıl maska altında gizlədir. Çox ağıllıdır və zarafat duyğusu inkişaf edib. Daima yardıma hazırdır və dəyər görməmək onu dərindən yaralayar. Çin qoroskoplarının ən sevimliləridir. Güvənsizliyi sevgi bacarığının önündə ən böyük əngəldir.

Qaban(Donuz)-1947,1959,1971,1983,1995,2007,2019

Sərt xasiyyəti var və düşünmədən hərəkət edər. Beyninə bir fikir qoydusa dəyişdirmək çətindir. Əsəbi qorxuludur amma çox sürməz. Güclü və qərarlıdır. Ancaq kin, intikam kimi kəlimələr onun kitabında yoxdur. Keyfinə düşkündür. Sadiq səbrli və dürüst bir insandır. 

Siçan-1948,1960,1972,1984,1996,2008,2020

çox ağıllı, ünsiyyətcil, cəlbedici, inkişaf etmiş danışıq qabiliyyəti ilə, dinamik, aktiv, dəqiq və ünsiyyətcildir.  eyni zamanda İddialı, maraqlı və narahat təbiətə malikdir.  çox asand dostluq edir. . Ən çətin vəziyyətlərdə belə. uyğunlaşır.  İdeallarına inanır.

Öküz -1949,1961,1973,1985,1997,2009,2021

Səbrli, inadçıl və olduqca mühafizəkardır. Pulu və rahatlığı sevir. Macəranı sevmir. Modanı izləmə. Yalnız qalmağı sevir. İş görməkdən qaçmaz. Sadiq və məsuliyyətli insandır. Sevgidə səmimi və düzdür. Ailə həyatını sevər və ailəsindən heç bir şey əsirgəməz.

Pələng-1950,1962,1974,1986,1998,2010,2022

çox cazibədar, xarizmatik və nüfuzlu bir şəxsiyyəti var. qürurlu müstəqildir.ünsiyyətcil, üsyankar, iddialı və tez-tez təhlükəli bir fatehdir.  Layiq olduğu uğura çox zaman qovuşur. Sevgidə qısqanc, sahiblənici bəzən də qəddardır. Uşaqlarına düşkündür

Dovşan(Pişik)-1927,1939,1951,1963,1975,1987,1999,2011,2023

Sakit, dinc bir həyat yaşamaq istəyir. Nəzarəti çox nadir halda itirən sakit, təmkinli bir insandır. İş həyatında uğurludur. Çevrəsindəkilərlə uyum içində yaşamaq üçün bir çox şeyi qəbul edər. Lüksə maraqlıdır,zərif və parlaq həyat sürməyi sevər. Dost çevrəsində çox sevilir. Sevgidə tutqunu deyil, sevəcənliyi və ona güvən duyğusu verən bir evlilik axtarır.

Əjdaha-1928,1940,1952,1964,1976,1988,2000,2012,2024

Canlı, coşqulu, optimist qabiliyyətlərinə güvənən biridir. Sıfırdan başlayaraq çox zor hədəflərə çata bilər. Kəskin bir zəkası var. Mükəmməlliyi sevir. Diplomatik, dürüst və səmimi, bəzən saf biridir. Sevənləri çoxdur amma asanlıqla aşiq olmaz. Ailəsinə qarşı çox comərddir.

İlan-1929,1940,1953,1965,1977,1989,2001,2013,2025

Sakit, soyuq görünürlər, ancaq sirrli, məntiqli və çok çəkici insanlardır. Düşmənlərinə, rəqiblərinə qarşı acımasızdır. İllər keçsədə intiqamını alır. Ona sadiq xidmət edənlərə qarşı cömərddir. Səssiz, səbrli, şübhəli və altıncı hissi qüvvətlidir. Sevgidə o qədər də sadiq deyil. Amma yoldaşından mütləq sədaqət gözləyər. Qısqanc və sahiblənicidir.

At-1930,1942,,1954,1966,1978,1990,2002,2014,2026

Dinamik, narahat, atəşli, fəal, enerji doludur. Həyacanlanmadığı heç bir şeyi etməz. Kəskin, parlaq zəkası var. Ünsiyyətcil və praktik bir insandır. Hərəkətsiz həyatı sevmir, sərbəstlik onun üçün müqəddəsdir. Duyğusal anlamda romantik deyil.

Qoyun(Keçi)-1931,1943,1955,1967,1979,1991,2003,2015,2027.

Sevgi dolu, sevimli, kübar, comərd və içdəndir. Hər işi yoluna görə həll edər. Dəqiq deyil. İddialıdır, artistlik və yaradıcı yönləri inkişaf edib. Anlayışlıdır, rahatına və sağlığına düşkündür. Mübarizə edici tərəfi zəifdir və passiv ola bilər. Mübahisənin hər növünə nifrət edir. Xoşbəxtliyi üçün ailə və sevgi çox önəmlidir.

Əlaqəli mövzular

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button